Teymur Rəcəbov şahmatın əsas yarışından imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov şahmatın əsas yarışından imtina etdi

İdman

06 Mart 2020 08:15 627


Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

"Yeni Sabah"ın Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən verdiyi məlumata görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib. 

Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!