Teymur Rəcəbov strategiyasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov strategiyasından danışdı

İdman

02 Yanvar 2021 11:58 813


“Finala yüksəldiyim üçün xoşbəxtəm”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib: “Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”. Dördpendirli pizza

Finalda erməni Levon Aronyanla görüşəcək Teymur rəqibinin oyununa da toxunub: “Levon əvvəllər olduğu kimi yenə əla şahmat nümayiş etdirir”. (APA)

Qeyd edək ki, turnirin final oyunları bu gün və sabah keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!