Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov “Tata Steel Chess” turnirində ikinci oldu

İdman

07 Sentyabr 2023 19:29 613


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Teymur Rəcəbov keçirdiyi 9 oyundan 5,5 xal toplayıb və ikinci yeri tutub. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub. Dördpendirli pizza

Qeyd edək ki, yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!