Teymur Rəcəbov uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov uduzdu

İdman

26 İyun 2022 07:44 898


İspaniyanın paytaxtı Madriddə təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində 7-ci tur matçları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra 35 yaşlı qrossmeyster 5 heç-heçə ilə 2,5 xal yığıb. Sezar pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!