Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “səkkizliy”ə düşə bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “səkkizliy”ə düşə bilmədi

İdman

16 Mart 2021 01:12 1047


Onlayn şahmat üzrə Çempionlar turunun 4-cü mərhələsi davam edir.

Yenisabah.az xəbər verir ki, dairəvi sistemlə keçirilən ilk mərhələyə son 5 turun qarşılaşmaları ilə yekun vurulub.

Yarışın 3-cü günündən sonra 1/4 finala yüksələn 8 şahmatçı bəlli olub. Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da mərhələdəki son 5 oyununu keçirib. Şahmatçılarımız öz aralarında da münasibətlərini ayırd edib. XIII turun görüşündə qalib müəyyənləşməyib. Sezar pizza

Teymur və Şəhriyar hərəsi günü 2,5 xalla tamamlayıb. Yekunda Rəcəbov 7 xal toplayıbsa, Məmmədyarov 6,5 xalla kifayətlənib. Bu, onların “səkkizlik”dən kənar qalması və 4-cü mərhələ ilə vidalaşması ilə yekunlaşıb. 

15 mart

XI tur

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) - 0:1

David Anton (İspaniya) - Teymur Rəcəbov - 0:1

XII tur

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov - 0:1

Teymur Rəcəbov - Nils Qrandelius (İsveç) - 0,5:0,5

XIII tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov - 0,5:0,5

XIV tur

Alan Pişo (Argentina) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Teymur Rəcəbov - Yan Nepomnyaşi (Rusiya) - 0,5:0,5

XV tur

Şəhriyar Məmmədyarov - Uesli So (ABŞ) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Teymur Rəcəbov - 0:1

1-ci mərhələnin turnir cədvəli: 1. Maqnus Karlsen (Norveç) – 10,5 xal, 2. Aniş Giri (Niderland) – 10, 3. Uesli So (ABŞ) – 9,5, ...11. Teymur Rəcəbov (Azərbaycan) – 7, 12. Şəhriyar Məmmədyarov (Azərbaycan) – 6,5  /Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!