Teymur Rəcəbov yenidən Levon Aronyanla oynayacaq

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbov yenidən Levon Aronyanla oynayacaq

İdman

25 Dekabr 2020 22:57 1050


Azərbaycan qrossmeysteri Teymur Rəcəbov onlayn blits şahmat turnirində çıxış edəcək.

Yenisabah.az xəbər verir ki, təmsilçimiz “Airthings Masters” turnirində qüvvəsini sınayacaq.

İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparacaq. Teymurun rəqibləri arasında bir neçə gün əvvəl məğlub etdiyi erməni şahmatçı Levon Aronyan da yer alıb. pizza sifarişi

Dairəvi sistemdə keçiriləcək ilk mərhələdə ilk 8 yeri tutanlar mübarizəni davam etdirəcək.

200 min dollar mükafat fondu olan turnirin qalibi 60 min qazanacaq. Rəcəbov və onun prinsipial rəqibi olan Aronyandan başqa, turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Danil Dubov (hamısı Rusiya), Aniş Giri (Niderland), Pantala Harikrişna (Hindistan) və David Anton (İspaniya) mübarizə aparacaq.

Qeyd edək ki, dekabrın 26-da başlayacaq turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!