Teymur Rəcəbovun qazancı bəlli oldu:   8 500 dollar

saytların hazırlanması

Evə çatdırılma

Teymur Rəcəbovun qazancı bəlli oldu: 8 500 dollar

İdman

15 Fevral 2021 11:21 901


Azərbaycan şahmatçısı Teymur Rəcəbovun dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsindəki qazancı bəlli olub.

Yenisabah.az xəbər verir ki, 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyən 34 yaşlı qrossmeyster 8500 ABŞ dolları qazanıb.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Yarışın qalibi ABŞ təmsilçisi Uesli So 30 000 dollar əldə edib. İkinci yeri tutan norveçli Maqnus Karlsen isə öz turnirindən 15 min dollar götürüb. Dördpendirli pizza

Teymur Rəcəbov Çempionlar Turunun "Airthings Masters" adlı II mərhələsinin qalibi kimi 60 000 dollar, "Skilling Open" adlı I mərhələsində 6-cı yeri tutduğu üçün isə 5 000 dollar qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!