Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı – SON QİYMƏTLƏR

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə biletləri 500 manatdan çox ucuzlaşdı – SON QİYMƏTLƏR

İqtisadiyyat

21 Dekabr 2023 16:07 20345


Son aylarda Azərbaycandan xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində azalma müşahidə edilir. 

Sfera.az xəbər verir ki, qiymətin azalması dinamikası həm MDB ölkələrinə, həm də digər xarici ölkələrə uçuş xidmətlərində baş verir. 

2023-cü ilin avqustunda təyyarə biletlərində qiymətlər son ayların ən yüksək həddinə çatmışdı. Həmin tarixdə MDB ölkələrinə uçuş qiyməti orta hesabla 1099 manat, digər xarici ölkələrə 1141 manat idi. Noyabrda orta qiymətlər MDB ölkələrinə 528,1 manata, digər xarici ölkələrə 641,1 manata düşüb.  pizza sifarişi

Son 3 ay ərzində MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 2,08 dəfə (571 manat), digər ölkələrə sərnişindaşıma qiyməti 1,78 dəfə (500 manat) düşüb. 

Xaricə səfər etmək istəyən insanlar üçün təyyarə biletlərinin kəskin ucuzlaşması əlverişlidir. Çünki quru sərhədləri bağlı olduğundan xaricə səfər etmək istəyənlər yalnız hava nəqliyyatından istifadə etmək imkanına sahibdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • It
    Гуру серхед бизнесди
    2 years ago
  • Emin
    Mən təyyarədən çox istifadə edirəm bu mənim bucceme qənaət bəxş hesab edirəm
    2 years ago
  • Emin
    Salam , dünyanın ən bahalı təyyarə bileti Azərbaycandadır . Moskva İstanbul reysləri 4000--7000 rubul arasıdır eyni məsafə Bakı İstanbuldu bizdə niyə qiymətlər od tutub yanır?
    2 years ago
  • Haller
    Nagillarimiz davam edir...
    2 years ago
  • Semerqe
    Hələ ki, elə kəskinliklə görmədik. ???? ????
    2 years ago
  • Ceyhun
    Salam her Vaxdıvız xeyir olsun. Men bir şeyi bilmek isdiyerdim Avqusd ayi uçun Turkiye İstanbula uçuş biletin indiden. Neçiye ala bilerik
    2 years ago