Təyyarə qəzasında diplomotın hamilə yoldaşını xilas edən futbolçu vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasında diplomotın hamilə yoldaşını xilas edən futbolçu vəfat etdi

İdman

18 Fevral 2020 12:00 820


"Mançester Yunayted"in (İngiltərə) sabiq qapıçısı Harri Qreqq dünyasını dəyişib. "Yeni Sabah" İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu dünən gecə 87 yaşında həyata gözlərini yumub. Qeyd edək ki, Harri karyerasının böyük hissəsini İngiltərə təmsilçisində keçirib. Sabiq "Yunayted"li 1958-ci ildə klubun futbolçularının olduğu təyyarə qəzasında sağ qalıb. Keçmiş qolkiper bu zaman bəzi sərnişinləri, bir neçə komanda yoldaşını, baş məşqçisi Mett Basbi, yuqoslaviyalı diplomatın hamilə həyat yoldaşını xilas edib. Bundan sonra onu "Münhen qəhrəmanı" adlandırıblar. https://cdn.yenisabah.az/files/tey1.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!