Təyyarə qəzasında xəsarət alan Azərbaycanın üç vətəndaşı Vətənə gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasında xəsarət alan Azərbaycanın üç vətəndaşı Vətənə gətiriləcək

Hadisə

30 Dekabr 2024 21:27 669


AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb. Pepperoni pizza

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!