Təyyarə qəzasından 17 gün sonra dörd uşaq sağ tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasından 17 gün sonra dörd uşaq sağ tapıldı

Hadisə

18 May 2023 12:32 1057


Kolumbiyanın cənubunda Kaketa əyalətində qəzaya uğrayaraq cəngəlliyə düşən təyyarənin dörd uşaq sərnişini 17 gün sonra sağ tapılıb. 

Yenisabah.az “The Guardian” qəzetinə istinadla xəbər verir ki, uşaqları cəngəllikdə xilasedicilər qrupu aşkarlayıb. 

Mayın 1-də səhər saatlarında Ararakuaradan San-Hose-del-Quavyare şəhərinə yeddi sərnişin aparan “Cessna 206” təyyarəsi mühərrikinin sıradan çıxması səbəbindən cəngəlliyə qəza enişi edib. Nəticədə pilot da daxil olmaqla, üç nəfər ölüb, 13, 9 və 4 yaşındakı uşaqlar, həmçinin 11 aylıq körpə sağ qalıb. Uşaqlar təyyarədən çıxaraq kömək axtarmağa gediblər. Axtarış işlərinə Kolumbiya Hərbi Hava Qüvvələrinin təyyarələri və helikopterləri cəlb olunub.  pizza hut

Xilasedicilər uşaqların yediyi meyvə qalıqlarının və bitkilərdən düzəltdiyi sığınacaqların izi ilə gedərək onları tapıb. Dörd uşağın 17 gün boyunca həyatda necə qalmasının detalları açıqlanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!