Avstraliyalı bir cütlük təyyarədə ölmüş sərnişinlə dörd saat eyni sırada oturmaq məcburiyyətində qalıb. Hadisə Qətər hava yollarına məxsus təyyarədə baş verib. Kabin heyəti təyyarədə kifayət qədər boş yer olmasına baxmayaraq, cəsədi yaşlı cütlüyün yanına yerləşdirib.
Yenisabah.az xəbər verir ki, Melburndan Dohaya uçan təyyarədə səfər edən Mitçell Ring və Cennifer Kolin yanlarında əyləşən qadının qəfil dünyasını dəyişdiyini bildiriblər. Hadisə yerinə dərhal kabin heyəti gəlsə də, qadını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, kabin heyəti əvvəlcə cəsədi biznes-klass bölməsinə aparmağa cəhd etsə də, mərhumun çəkisinin çox olması səbəbindən bunu edə bilməyib. Nəticədə bədənini sadəcə battaniyaya bükərək eyni yerdə saxlayıblar. pizza hut
Qətər hava yolları hadisənin sərnişinlər üçün narahatlıq yaratdığını qəbul edib və buna görə üzr istədiyini bildirib. Həmçinin, aviaşirkət hadisə ilə bağlı müvafiq sərnişinlərlə əlaqə saxlandığını qeyd edib.
Lakin cütlük aviaşirkətin onlarla heç bir şəkildə əlaqə saxlamadığını və heç bir dəstək təklif etmədiyini deyib. Onlar baş verənləri "son dərəcə sarsıdıcı və travmatik təcrübə" kimi qiymətləndiriblər.
Təyyarə dörd saat sonra eniş etdikdə, sərnişinlərə yerlərində qalmaq tapşırılıb. Tibbi personal və polis içəri daxil olaraq cəsədi təhvil alıb.
Nazim Hacıyev
Telegram kanalımız