Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Fotolar

Maraqlı

09 Mart 2023 19:58 1147


Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmuş növbəti heyəti Bakıya dönüb.

Türkiyədən dönən heyəti qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Baxçı qarşılayıb. O heyətin rəhbəri Fövqəladə Hallan nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə təyyarədən enərkən görüşüb və ona təşəkkür edib. Bu zaman əlində Türkiyə bayrağı ilə təyyarədən enən FHN-nin bir əməkdaşını səfir qolundan tutaraq özünə çəkib və qucaqlayıb. Kövrək anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Manset.az həmin şəxsin kimliyi ilə bağlı araşdırma edib. Məlum olub ki, o FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Tural Rzayevdir. Tural Rzayev Türkiyədəki dəhşətli zəlzələdən sonra yaranan dağıntılar altından insanların çıxarılması zamanı xüsusi qəhrəmanlıqlar göstərib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!