Türkiyənin sərnişin təyyarələrində qaydalara riayət olunmasını nəzarətdə saxlamaq üçün kabin yoxlamaları həyata keçiriləcək.
Yenisabah.az xəbər verir ki, məlumatlı nəzarətçilərlə yanaşı, təyyarələrə sərnişin kimi, xəbərsiz minə bilən nəzarət heyyəti də olacaq. Onlar havada və quruda təhlükəsizlik qaydalarına əməl olunub-olunmamasını yoxlayacaqlar.
Qeyd edək ki, ölkədaxili və beynəlxalq uçuşlarda qaydaların pozulduğu müşahidə edilərsə, inzibati cərimə, kabin heyyəti üçün nəzərdə tutulan təlim sertifikatının, həmçinin idarə heyətinin icazə kağızının ləğvi kimi cəzalar tətbiq olunacaq. Pepperoni pizza
Telegram kanalımız