Təyyarəmiz Rusiyanın “Pantsir-S” raketi ilə vurulub

saytların hazırlanması

Evə çatdırılma

Təyyarəmiz Rusiyanın “Pantsir-S” raketi ilə vurulub

Hadisə

04 Fevral 2025 23:20 296


Dekabrda qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan hökumətindəki mənbə çərşənbə axşamı agentliyinə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulub. Dördpendirli pizza

“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, – mənbə bildirib.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!