Təzə Pir məscidindəki ehsan qiymətləri narazılıq yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Təzə Pir məscidindəki ehsan qiymətləri narazılıq yaratdı

Sosial

06 Sentyabr 2025 12:10 13999


"Təzə Pir məscidində ehsan qiymətləri Bakıdakı mərasim evlərindəkindən bahadır. Sual verirəm: niyə?

"Report" xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində, xüsusilə Naxçıvan və Qarabağda bu kimi israf halları yox dərəcəsindədir. pizza hut

"Ən böyük problem Bakı şəhərindədir. Bakıda son beş ildə mərasim evlərinin sayına baxın, sürətlə artır. Hesab edirəm ki, Dini Komitə bununla bağlı daha kəskin çıxışlar etməlidir".

Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və sədri Sevda Tahirli isə toylardakı israfçılıq halları ilə boşanmaların artması arasındakı əlaqəyə diqqət çəkib:

"Çünki dəbdəbəli toylar, nə bilim, "love story"lər artıq xərcə yol açır. Sonra ailələr borcun-xərcin altından çıxa bilmir, nəticədə, ailələrdə problemlər yaranır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!