Təzəxan Mirələmlinin cinayət işi məhkəməyə göndərildi 

saytların hazırlanması

Evə çatdırılma

Təzəxan Mirələmlinin cinayət işi məhkəməyə göndərildi 

Kriminal

27 Aprel 2020 18:13 1000


“Azadlıq” qəzetinin əməkdaşına xuliqanlıq maddəsi ilə başlanılan cinayət işi Xətai Rayon Məhkəməsnə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Mirələmli Təzəxan Məhərrən oğlunun məhkəmə prosesi hakim Fərid Yaqubivun icraatına verilib. Cinayət işində zərərçəkmiş qismində bloger Abdullayev Ata Eldar oğlu tanınıb. 

İttiham aktına görə, Təzəxan Mirələmli fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şuranın ziyarəti zamanı Ata Abdullayevə xəsarət yetirib. pizza mizza

Qeyd edək ki, Təzəxan Mirələmli özünü təqsirli bilmir: "Ata Abdullayev həmişəki kimi, ora da təxribat məqsədilə gəlmişdi...”- deyə cavab verib. 

Xatırladaq ki, 221.1-ci maddənin sanksiyasında 1000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!