“Tezliklə 3+3 formatında görüş keçiriləcək“ - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Tezliklə 3+3 formatında görüş keçiriləcək“ - Lavrov

Rəsmi

08 İyun 2022 16:51 1189


"Yaxın vaxtlarda Cənubi Qafqazda 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) formatında əməkdaşlıq üzrə ikinci görüş keçiriləcək".

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli vəzifədaşı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz Cənubi Qafqazda işi necə davam etdirəcəyimizi razılaşdırdıq. Türkiyənin başlatdığı 3+3 formatından xəbəriniz var. İlk iclası Moskvada keçirdik, gürcü həmkarlarımız iştirak edə bilmədilər, lakin biz onları orada görməkdən hər zaman şad olacağımızı vurğulayırıq. Növbəti görüş çox yaxın vaxtlarda hazırlanır”, - deyə Sergey Lavrov vurğulayıb. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!