“Tezliklə Ermənistan yollarında Azərbaycan postları qurulacaq” -   Zakaryan

saytların hazırlanması

Evə çatdırılma

“Tezliklə Ermənistan yollarında Azərbaycan postları qurulacaq” - Zakaryan

Rəsmi

09 Sentyabr 2021 12:32 5860


"Baş nazir Nikol Paşinyan artıq Ermənistanın ikinci təslimçi hərəkətinə başlayıb".

Yenisabah.az xəbər verir ki, bu barədə müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublika Partiyasının üzvü Artak Zakaryan öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, ictimaiyyətin diqqətini daha vacib problemlərdən yayındıran manevrlər çox ustalıqla təşkil edilir. Dominos pizza

"Rəngarəng şənliklərə, yeni həbslərə, bir neçə yeni qalmaqala və Nikol Paşinyanın söylədiyi son cəfəngiyatlara qapılmış cəmiyyət bir gün oyanar və öz sevimlisi Nikolun Ermənistanın yarıtəslim edilməsi sənədinə imza atdığını görər. Çox yaxında birdən-birə türklərin bizdən soruşmadan, iradəmizi, istəyimizi, haqqımızı nəzərə almadan Ermənistanın yolları boyunca hər yerdə necə hərəkət edəcəklərini görəcəksiniz. Dəmir yolu və asfalt çəkəcək, yollara türkcə işarələr qoyacaq, yaşayış məntəqələrinin adlarını dəyişdirəcək, otlaqlarımızda sürü otaracaq, insanları qaçıracaq, fidyə tələb edəcək, uşaqları qorxudacaqlar və s." - deyə Zakaryan qeyd edib.

O əlavə edib: "Üstəlik, Ermənistan daxilində, yolun bəzi hissələrində postlar olacaq və bu postlarda azərbaycanlılar sonradan avtomobilin baqajlarını və sənədlərini yoxlamaq üçün erməniləri saxlayacaqlar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Ermənistan adlı bir yer yoxdu.Butun o yerlər Azərbaycandir!
    5 years ago
  • Anar
    Ermənistan adlı bir yer yoxdu.Butun o yerlər Azərbaycandir!
    5 years ago
  • Anar
    Ermənistan adlı bir yer yoxdu.Butun o yerlər Azərbaycandir!
    5 years ago
  • Anar
    Ermənistan adlı bir yer yoxdu.Butun o yerlər Azərbaycandir!
    5 years ago