“Tezliklə sərhəddə Xudafərin gömrüyü açılacaq“ - İranlı səfir

saytların hazırlanması

Evə çatdırılma

“Tezliklə sərhəddə Xudafərin gömrüyü açılacaq“ - İranlı səfir

Rəsmi

23 Yanvar 2022 10:42 1016


"Xudafərin gömrüyünün açılması ilə İranın Azərbaycana mal-əmtəə ixracatı asanlaşacaq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.

O, Təbrizdə keçirilən tədbirdə çıxış edib. Səfirin sözlərinə görə, Xudafərin sərhəd terminalının açılışı rəsmi olaraq Azərbaycan Respublikası hökumətinə bildirilib. pizza

"İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu kimi həmişə çox yaxşı, yaxın və səmimi münasibətlərə malik olublar və İbrahim Rəisi administrasiyasının yanaşması qonşu ölkələrlə qarşılıqlı əlaqələri artırmaqdır", - deyə diplomat qeyd edib.

Abbas Musəvi vurğulayıb: “İqtisadi diplomatiyanın gücləndirilməsi bizim prioritetimizdir. İranın Şərqi Azərbaycan vilayəti və Təbriz şəhəri Azərbaycan Respublikasında çox yaxşı tanınır və bu imkandan iki ölkə arasında qarşılıqlı əlaqə və mübadilələrin artırılması üçün istifadə edilməlidir.

Azərbaycan Respublikası ilə güzəştli ticarət sazişinin hazırlanması yekunlaşmaq üzrədir və bu, sənəd İrandan Azərbaycana ixracı asanlaşdıracaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!