Tibbi maska qıtlığı ilə bağlı rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Tibbi maska qıtlığı ilə bağlı rəsmi açıqlama

Sağlamlıq

03 Aprel 2020 22:06 962


“Tibbi maskalarla bağlı qıtlıq var. Təbii ki, maska yoxdur demək də doğru deyil. Amma qıtlıq var”.

Yenisabah.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

Nazirlər Kabinetinin rəsmisi bütün dünyada belə olduğunu vurğulayıb: pizza hut

“Ola bilər ki, insanlar maska axtarırlar, amma tapa bilmirlər – bu da bir faktdır. Sadəcə olaraq, maska qıtlığı bütün dünyada belədir.

İqtisadiyyatın bir qanunu var: hər hansı bir əmtəəyə tələbat gözlənilmədən yüz və minlərlə dəfə artırsa, həmin məhsulun tapılmasında qıtlıq müşahidə olunur. Ona görə də koronavirus gözlənilmədən və planlaşdırılmayan bir bəladır. Bəla da heç vaxt xəbərdarlıq edib, qapını döyərək gəlmir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!