Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
Yanğın yerindən görüntüləri təqdim edirik. pizza
Telegram kanalımız