Ticarət və xidmət sahələri fəaliyyətə başladı - Bəs qaydalara əməl edilirmi? - Video

saytların hazırlanması

Evə çatdırılma

Ticarət və xidmət sahələri fəaliyyətə başladı - Bəs qaydalara əməl edilirmi? - Video

Sosial

05 May 2020 23:57 967


Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün xidmət sahələrində bu gündən bəzi qaydaların tətbiqinə başlanılıb. Məsələn, bərbər və gözəllik salonlarında çalışan əməkdaşların və müştərilərin tibbi maskadan istifadə etməsi məcburidir. Ancaq paytaxtda yerləşən bir neçə bərbər salonunda aparılan çəkiliş zamanı bu qaydadan xəbəri ola-ola tibbi maskadan istifadə etməyənlər müşahidə edilib. Onlar çəkiliş aparıldığını görəndən sonra maskaları taxmağa başlayıblar.

Yenisabah.az xəbər verir ki, ticarət mərkəzlərində də satıcıların və alıcıların tibbi maskalardan istifadəsi məcburi olsa da, demək olar ki, bu qaydaya əməl edilmir. Diqqətimizi çəkən digər bir məqam isə ticarət mərkəzlərində virusdan qorunmaq üçün alıcılar arasında sosial məsafənin gözlənilməməsi oldu.

Metodik vəsaitdə qeyd olunan qayalardan biri də ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyasının aparılması ilə bağlıdır. Ancaq çəkiliş zamanı bir neçə ticarət mərkəzində demək olar ki, buna rast gəlinməyib. Toyuqlu pizza

Kitab, qəzet və dəftərxana mallarının satışı olan mağazalarda da vətəndaşlara xidmət göstərən satıcılar fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Bəs metodik göstərişdə qeyd olunan bu qaydaları pozan şəxslər barəsində cərimə tətbiq edilə bilərmi?

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ''Xəzər Xəbər''ə bildirib ki, hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq belə davam edərsə, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər. İstənilən halda dövlət koronavirus pandemiyasının geniş yayılmaması üçün bütün zəruri tədbirləri görür. Bu məqsədlə də həm vətəndaşlar, həm də xidmət sahələrində çalışan şəxslər göstərilən qaydalara ciddi əməl etməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!