“Tik-tok”a girdiyi üçün sevgilisini döydü

saytların hazırlanması

Evə çatdırılma

“Tik-tok”a girdiyi üçün sevgilisini döydü

Kriminal

19 Avqust 2022 17:01 1361


Sumqayıtda kişi “Tik-tok”a girən sevgilisini döyüb.

“Yeni Sabah” xəbər verir ki, 1987-ci il təvəllüdlü Elşad Əmirov ( soyadlar şərtidir) barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Hadisə 22 fevral 2022-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda baş verib. Belə ki, Elşad Əmirov bir neçə aydır qeyri-rəsmi münasibətdə olduğu Güldənə Məmmədlinin “Tik-tok” sosial şəbəkəsində canlı yayım açmasından qəzəblənərək onu təhqir edərək yumruqla bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.  pizza hut

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən E. Əmirov ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “ Güldənə tüfeyli həyat tərzi keçirirdi. Son zamanlar onun yüngül həyat tərzinin olması, spirtli içkilər qəbul etməsi məni narahat edirdi. Hadisə günü “Tik-Tok”-da Güldənənin canlı video açdığını gördüm. Əsəbiləşib zəng etdim, içkili idi. Ünvanını öyrənib olduğu kafeyə getdim. Maşınla parka gətirdim. Maşından düşəndən sonra yumruqla bir neçə dəfə vurdum.”

Zərərçəkən şəxs- Güldənə Məmmədli ifadəsində bildirib ki, Elşad onu vuran zaman o Elşada toxunmayıb: “Elşad daima məni narahat etdiyi üçün Xırdalan şəhərinə köçdüm, lakin Elşad məni hələ də narahat edirdi. Hal-hazırda onunla barışmamışam və şikayətçiyəm”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Elşad Əmirov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!