Tikinti şirkəti xətti zədələdi, 3 minə yaxın abonent qazsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Tikinti şirkəti xətti zədələdi, 3 minə yaxın abonent qazsız qaldı

Sosial

08 Yanvar 2020 08:51 1019


"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonunun bəzi ərazilərində qazın verilişinin dayandırılmasının səbəblərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, yanvarın 7-də Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Nəticədə 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işləri başa çatandan sonra təkrar qaz sızması aşkarlanıb.

Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub. Dördpendirli pizza

Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.

Məlumatda bildirilir ki, qaz təminatındakı fasilələr əsasən Abşeron rayonunun Xırdalan şəhəri, həmçinin, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələri ərazisində müşahidə olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!