“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edir

saytların hazırlanması

Evə çatdırılma

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edir

Dünya

19 Yanvar 2025 23:34 205


“TikTok” rəhbərliyi ABŞ-də platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib. pizza mizza

Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-də saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla işləyəcəklər”.

Yanvarın 19-na keçən gecə xidmət ABŞ-də tamamilə dayandırılıb, “TikTok” “Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də “TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!