“TikTok” bu ölkədə qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

“TikTok” bu ölkədə qadağan olundu

Dünya

29 İyun 2021 09:46 871


Pakistan məhkəməsi ölkədə “TikTok” sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb.

Yenisabah.az “Haber Global"a istinadən xəbər verir ki, Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb.

İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də, “TikTok” tərəfindən LGBT-nin təbliğinin milli mənəvi dəyərlərə əks olduğu qeyd edilib. Pepperoni pizza

Məhkəmə, 8 avqustda keçiriləcək iş üzrə növbəti iclasın keçiriləcəyi vaxtadək sosial şəbəkənin fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən ilin oktyabrında “TikTok”a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu.

Pakistandan öncə isə 2020-ci ilin martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi. (modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!