“TikTok”da narkotik təbliğ edən gənclə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da narkotik təbliğ edən gənclə bağlı açıqlama

Kriminal

20 İyul 2021 15:46 1057


Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.  Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!