“TikTok”da səhifə açdı, saxta elanlarla adamları aldatdı

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da səhifə açdı, saxta elanlarla adamları aldatdı

Kriminal

01 Noyabr 2025 10:32 271


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb. 

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

O, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pulunu ələ keçirib.  pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!