“TikTok”da üzdəniraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?” - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”da üzdəniraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?” - Aktrisa

Şou

07 Oktyabr 2024 12:08 602


"Sahilsiz gecə" filmi mənim karyeramda mühüm rol oynayıb. Həyatda əldə etdiyim bütün uğurlara görə Şahmar Ələkbərova borcluyam. Çünki o, məni Zübeydəa roluna çəkərək, necə istedadlı bir aktrisa olduğumu hər kəsə göstərdi".

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu Əməkdar artistMehriban Xanlarova deyib.

O, filmin yayımlanmamasından danışıb: "Sahilsiz gecə" filmi Sovet İttifaqının dağılmağa doğru getdiyi dövlərə təsadüf edir. Bu illər həm də Qarabağ konfliktinin cücərdiyi dövrlər idi. Rəhmətlik Şahmar müəllim bu filmlə mənəvi müstəvidə mövcud boşluqlara toxunmaq istədi, bu da konservativ düşüncənin ortasında bomba kimi partladı. pizza

Günlərlə "TikTok"da üzdəniraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar? Cəmiyyətdə hər əxlaqda adam var. Filmlər onların hansı səbəbdən bu günə düşdüklərini işıqlandırır. Misal üçün, "Malena" filmini qəbul edib baxırlar, bu filmə isə ağız büzüb belə "şey bizə aid deyil" deyirlər. "Sahilsiz gecə" filmi bizim televiziya kanallarında göstərilməsədə, gənc nəsil belə bir filmin varlığından xəbərdardır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!