Tiktoker sayt redaktorundan şikayətçidir - “Məni intihar həddinə çatdırıb”

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker sayt redaktorundan şikayətçidir - “Məni intihar həddinə çatdırıb”

Sosial

30 Noyabr 2025 10:47 686


“Vaqa” kimi tanınan tiktoker Vüqar Zeynalov “Qanunla.az" saytının baş redaktoru Orxan Rasifoğludan prokurorluğa şikayət edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə kriminal xəbər jurnalisti Anar Məmmədov məlumat yayıb.

Tiktoker iddia edir ki, sayt redaktoru onu ölüm həddinə çatdırıb. Dominos pizza

V.Zeynalov canlı yayım açaraq O.Rasifoğlunun onu şantaj etdiyini, əməlinə son qoymayacağı halda intihar edəcəyini bildirib.

Xatırladaq ki, O.Rasifoğlu bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin adından istifadə edərək məhkum valideynindən pul almaqda günahlandırılırdı. Həmin əməlinə görə onun Bakı Ağır Cinayətlər Məhkəməsinə girişinə qadağa qoyulmuş və hüquq-mühafizə orqanlarına şikayət olunmuşdu.

O.Rasifoğlunun redaktoru olduğu sayt keçmiş məhkum Adəm Məmmədova məxsusdur.

"Vaqa" ləqəbli Vüqar Zeynalov da bir müddət əvvəl "Magerramoff" ləqəbli Əmrah Məhərrəmov, "Xozeyn" ləqəbli Vüqar Kərimov adlı tiktokerlərlə birlikdə həbs olunmuşdu.

Bu ilin may ayında azadlığa çıxan "Vaqa" CM-in 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilirdi.

İbrahim Məmmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!