Nəhəng timsah çay kənarında qab yuyan yaşlı qadını öldürüb.
Yenisabah.az xəbər verir ki, hadisə İndoneziyada baş verib.
54 yaşlı Halima Rahakbauw Vəli çayında çirkli qabları yuyarkən 4,2 metrlik timsahın hücumuna məruz qalıb. Timsah qadını suya sürükləyərək, onun hər iki qolunu və bir ayağını qoparıb. pizza hut
Hadisə şahidi Əli Rahangmetan timsahın bir adamı yediyini gördüyünü deyib. Polis xəbər tutandan sonra axtarışa başlayıb və timsahı öldürüb. Kənd sakinləri timsahın qarnından insan qalıqları tapıblar.
Şeyla Səmiyeva
Telegram kanalımız