TIR sürücüləri paytaxtda mərkəzi yolu bağladılar - Video

saytların hazırlanması

Evə çatdırılma

TIR sürücüləri paytaxtda mərkəzi yolu bağladılar - Video

Hadisə

17 Fevral 2022 10:36 9845


Bakıda TIR sürücüləri yolu bağlayıb. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Söhbət paytaxtın H.Əliyev prospektindən gedir. Bir neçə TIR sürücüsü maşını yolun ortasında saxlayaraq nəqliyyatın hərəkətinə mane yaradıb.  Toyuqlu pizza

TIR-lardan birinin üzərində etirazın səbəbi kimi belə yazılıb:

“Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları da cəlb olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!