TIR sürücüsü 4 kiloqram heroinlə saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

TIR sürücüsü 4 kiloqram heroinlə saxlanıldı 

Hadisə

16 Fevral 2024 11:30 798


Ölkəyə 4 kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb. 

DİN-dən Yenisabah.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (CAŞ) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb. Həmin şəxsdən 4 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi iri tonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə gətirdiyini bildirib. A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir. 

Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 6 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!