Tixanovskaya məsuliyyəti üzərinə götürməyə hazırdı – “Milli lider olmağa hazıram”

saytların hazırlanması

Evə çatdırılma

Tixanovskaya məsuliyyəti üzərinə götürməyə hazırdı – “Milli lider olmağa hazıram”

Dünya

17 Avqust 2020 14:08 831


Belarusda siyasi böhran davam edir. Yenisabah.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyaları artax xətlə davam edir. 

Bu arada avqustun 9-da keçirilmiş seçkilərdə prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya ölkəsinin milli lideri olmağa hazır olduğunu bəyan edib.

O, bu barədə “Youtube”də yayımlanan müraciətində bildirib. Sezar pizza

Svetlana Tixanovskaya bildirib ki, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazırdır. O bəyan edib ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!