Tofiq Musayev və dostları Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Musayev və dostları Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər - TƏFƏRRÜAT

Hadisə

02 Fevral 2024 01:07 2688


Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinim yeni təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı yaranıb. 

Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər. Dominos pizza

Daha sonra onu paltar-dəyişmə otağına apararaq onun idman karyerasını sonlandırmaq üçün onun şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.

Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!