Tofiq Yaqublu apelyasiya şikayəti verdi

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublu apelyasiya şikayəti verdi

Siyasət

07 Sentyabr 2020 11:36 887


Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində olan hökmdən apellyasiya şikayəti verib.  

Yenisabah.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov bildirib. 

O deyib ki, Nizami rayon Məhkəməsinin hökmündən şikayət verərək Tofiq Yaqublu barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.  Toyuqlu pizza

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. 

Tofiq Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, "8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Hökmə görə, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!