Tofiq Yaqublu ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublu ilə bağlı qərar verildi

Maraqlı

05 Yanvar 2023 19:37 1252


Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılması ilə bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat verib.

O bildirib ki, Tofiq Yaqublu inzibati həbs olunanların saxlanma məntəqəsinin ailə görüşləri verməməsinə, sovqatları qəbul etməməsinə və məhkəmə qərarına etiraz olaraq aclığa başladığını deyib. pizza mizza

Qeyd edək ki, Tofiq Yaqublu 2022-ci il dekabrın 23-də Bakıda müvafiq dövlət qurumları ilə razılaşdırılmamış aksiya zamanı saxlanılıb.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda ittiham olunan Tofiq Yaqublu 30 sutka inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!