Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı vəsatət verildi

Siyasət

18 Sentyabr 2020 11:59 961


Müsavat Partiyasının Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Yenisabah.az bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb.

O bildirib ki, T.Yaqublunun azadlığına qovuşacağına ümid edir. pizza mizza

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Onun barəsində verilən hökmdən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində 28 sentyabr saat 15:00-da hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!