Tofiq Yaqublunun məhkəməsi bu tarixə təyin edildi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublunun məhkəməsi bu tarixə təyin edildi - Yenilənib

Siyasət

17 Sentyabr 2020 17:50 1401


Məhkəmənin hökmünə etiraz olaraq 15 gündən çoxdur aclıq aksiyası keçirən müsavatçı Tofiq Yaqublunun apelyasiya şikayəti aidiyyatı instansiyaya göndərilib.

Yenisabah.az-ın verdiyi xəbərə görə, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, T.Yaqublu barəsindəki hökmdən Nizami rayon məhkəməsinə verilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər. pizza mizza

***

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Yenisabah.az bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

Məlumata görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim dilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmir.

Tofiq Yaqublu 16 gündür aclıq aksiyası keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!