"Rusiya Zəngəzur dəhlizinin əleyhinədir".
Yenisabah.az xəbər verir ki, bunu "Facebook" hesabında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.
O, sözlərini kinayəli atmaca ilə tamamlayıb: "Məzhəkəçi" kütlə isə iddia edirdi ki, bu, Rusiya layihəsidir..." Pepperoni pizza
Sabiq nazirin sosial şəbəkə statusu xeyli müzakirə doğurub. İstifadəçilər eyni dərəcədə kinayəli atmacalarla ona xatırladıblar ki, ümumiyyətlə, kommunikasiyaların açılması təşəbbüsü 9 noyabr 2020-ci il tarixli üçtərəfəli atəşkəs bəyanatında əks olunub və dəhlizin açlmasına uzun illər məhz Rusiya israr edib.
Xatırladaq ki, ABŞ-nin Zəngəzur dəhlizini 100 illik müddətə icarəyə götürmə təklifinin açıqlanmasəndan sonra dəhliz mövzusdu gündəmi tam zəbt edib.
Telegram kanalımız