Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

saytların hazırlanması

Evə çatdırılma

Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

Rəsmi

07 Dekabr 2021 23:51 1345


Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Sədr müavinini bildirib ki, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir. pizza mizza

“Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.

Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq”, - deyə Hidayət Rüstəmov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!