Tokayev: Bakı və İrəvan arasında sülh region üçün yeni imkanlar açacaq

saytların hazırlanması

Evə çatdırılma

Tokayev: Bakı və İrəvan arasında sülh region üçün yeni imkanlar açacaq

Dünya

12 Dekabr 2025 11:08 448


Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

"Yeni Sabah" xəbər verir ki. bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.

"Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik", - Tokayev qeyd edib. pizza

Qazaxıstan Prezidenti Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!