Tokayev: Qəazanın daha ciddi nəticələri ola bilərdi

saytların hazırlanması

Evə çatdırılma

Tokayev: Qəazanın daha ciddi nəticələri ola bilərdi

Dünya

28 Dekabr 2024 13:16 317


"Qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik".

Yenisabah.az xəbər verir ki, bunu AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı keçirilən müşavirədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib.

O əlavə edib: "Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Sezar pizza

Bir çox soydaşlarımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyublar. Bu reaksiya həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!