“Tökdüyümüz qan kifayətdir” – Arayikdən etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Tökdüyümüz qan kifayətdir” – Arayikdən etiraf

Dünya

25 Fevral 2021 14:10 1548


Qondarma rejimin başçısı Arayik Harutyunyan Ermənistan ordusunun Nikol Paşinyanın istefasını tələb etməsinə reaksiya verib.

Yenisabah.az xəbər verir ki, separatçıların lideri son siyasi hadisələrə görə narahat olduğunu bildirərək tərəfləri ağıllı və sağlam düşüncəli olmağa səsləyib. Harutyunyan bildirib ki, təmkinli olmayacaqları təqdirdə, məğlubiyyətləri daha dərin və ağır olacaq:

“Tökdüyümüz qan bizim üçün kifayətdir. İndi böhrandan çıxmaq və uzunmüddətli inkişaf, gücləndirmə yolunda hərəkət etmək vaxtıdır. Hazırda Yerevanda olduğum üçün siyasi böhranı şərəflə sonlandırmaq üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazıram”. pizza

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb edən bir bəyanat yaydı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!