Tokio-2020: Azərbaycan 14-cü medalı qazandı

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Azərbaycan 14-cü medalı qazandı

İdman

31 Avqust 2021 15:20 1025


Azərbaycan yığması Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Yenisabah.az xəbər verir ki, üzgüçü Roman Saley ikinci mükafatını əldə edib.

Milliləşən belaruslu sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə çempionluq sevinci yaşayıb. Pepperoni pizza

Saley finişə 52,69 saniyəyə çatıb. O, ən yaxın izləyicisini 0,18 saniyə qabaqlayaraq özünün ikinci qızıl medalını əldə edib.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Tokio-2020-də 14-cü medalı olub. Bunadək 9 qızıl və 4 bürüncü olan yığmamız yubiley – 10-cu zəfərini bayram edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!