Tokio-2020: Daha bir idmançımız finalda

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Daha bir idmançımız finalda

İdman

29 Avqust 2021 09:25 816


Qadın paracüdoçumuz Dürsədəf Kərimova “Tokio-2020” Yay Paralimpiya Oyunlarının finalına yüksəlib.

Yenisabah.az xəbər verir ki, 70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz ukraynalı Anastasiya Harnik və Braziliya idmançısı Meq Emmeriçə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Qazaxıstan təmsilçisi Zarina Baybatina olacaq.

Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 8 qızıl və 2 bürünc medal var. Toyuqlu pizza

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!