Avqustun 3-ü Olimpiadada güləş yarışlarında daha 3 çəki üzrə mübarizəyə start veriləcək.
Yenisabah.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, bu gün 3 çəki üzrə püşkatma mərasimi keçirilib. Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.
Qeyd edək ki, 87 kq-ın görüşləri C xalçasında keçiriləcək. pizza mizza
Qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.
Mehri Qurban
Telegram kanalımız