Tokio-2020: Qadın cüdoçumuz yarımfinalda

saytların hazırlanması

Evə çatdırılma

Tokio-2020: Qadın cüdoçumuz yarımfinalda

İdman

30 İyul 2021 10:03 1136


Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib.  O, finala gedən yolda yaponiyalı Akira Sone ilə qarşılaşacaq. Dördpendirli pizza

Qeyd edək ki, bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub.

Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!