TOKİO 2020 qaliblərinin mükafatları bəlli oldu - Prezidentdən sərəncam

saytların hazırlanması

Evə çatdırılma

TOKİO 2020 qaliblərinin mükafatları bəlli oldu - Prezidentdən sərəncam

İdman

12 Avqust 2021 16:45 2435


Tokio-2020-də gümüş medal qazanan idmançıya 200 min, bürünc medalçılara 100 min manat veriləcək.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat mükafat veriləcək. Marqarita pizza

Qeyd edək ki, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!